26 
İyl
2017
12:15
96
15
4742
Virtual karabakh

Toza, suya və zərbələrə davamlı smartfon - VİDEO

26 İyl, 2017
12:15
4742

Toza, suya və zərbələrə davamlı smartfon - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oukitel” şirkəti 10 min milliamper/saat tutumlu akkumulyatorla təchiz edilən yeni mühafizəli smartfon nümayiş etdirib.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, “K10000 Max” adlanan model toza, suya və zərbələrə davamlı korpusa malikdir. Yeni qurğu 5,5 düym diaqonallı 1920х1080 piksel (Full HD) təsvir ölçülü ekranla təchiz edilib. 

Məlumata görə, smartfon 1,3 QHs takt tezlikli səkkiznüvəli “MediaTek MT6753” prosessoru əsasında yaradılıb. Operativ yaddaş 3 giqabayt, quraşdırılmış yaddaş 32 giqabayt təşkil edir. Ön və arxa kameraların təsvir ölçüsü müvafiq olaraq 13 və 8 meqapikselə bərabərdir.

Bundan əlavə, barmaq izi skanerinə malik qurğu “LTE”, “Wi-Fi” (802.11a/b/g/n), “Bluetooth 4.0”, “GPS” və “GLONASS” modullarını dəstəkləyir.

“K10000 Max” smartfonu “Android 7.0 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyir.
 

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri