26 
İyl
2017
18:20
12
71
1598
Virtual karabakh

Kinoteatrda üz ifadələrinin izlənilməsi üçün neyron şəbəkə yaradıldı

26 İyl, 2017
18:20
1598

Kinoteatrda üz ifadələrinin izlənilməsi üçün neyron şəbəkə yaradıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Caltech” və “Disney Research” şirkətləri tamaşaçıların bu və ya digər filmlərə reaksiyalarının təhlili məqsədilə üz ifadələrinin izlənilməsi üçün neyron şəbəkə yaradıb. Bu, yeni nəsil “Nielsen” reytinqlərini formalaşdırmağa imkan verəcək.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, Havay adalarında kompüter texnologiyaları və obrazların tanınması üzrə “IEEE” konfransında təqdim edilən tədqiqat layihəsi kinoteatrda əyləşən insanların üz ifadələrini izləməyə imkan verən yeni metod nümayiş etdirib.

Məlumata görə, sistem insanların üz ifadələri kimi mürəkkəb məlumatların səmərəli analizinə imkan verən avtomatik faktor variasiya kodlayıcısından istifadə edir.  

Layihə qrupu sifətlər haqqında çoxlu məlumat toplayaraq filmlərə baxan yüzlərlə insanın reaksiyasını qeydə alıb. İnfraqırmızı kamera hamının üzünün hərəkətini, ifadəsini çəkib və əldə olunan məlumatlar neyron şəbəkəyə daxil edilib.

İş başa çatdıqdan sonra sistem tamaşaçıların gülüş və təbəssümlərini proqnozlaşdıra biləcəyini praktiki göstərib.

“Caltech” şirkətinin nümayəndəsi Yisun Yuenin sözlərinə görə, insan davranışının başa düşülməsi yüksək əxlaq və sosial intellekt nümayiş etdirən süni intellekt sistemlərinin inkişafı üçün böyük əhəmiyyətə malikdir.  

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri