26 
İyl
2017
19:00
9
90
2209
Virtual karabakh

Fırıldaqçı virus proqramlarının qurbanlarının ödəmələri hesablandı

26 İyl, 2017
19:00
2209

Fırıldaqçı virus proqramlarının qurbanlarının ödəmələri hesablandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Google” şirkəti “Chainalysis”, San Dieqo Kaliforniya Universiteti (UCSD) və Nyu-York Universitetinin Politexnik İnstitutu ilə birlikdə fırıldaqçı virus proqramlarının qurbanları tərəfindən onların yaradıcılarına ödənilən məbləği hesablayıb.

Oxu.Az ICTnews-a istinadən yazır ki, tədqiqatçılar tərəfindən 2014-cü ildən fəaliyyət göstərən 34 fırıldaqçı virus ailəsi təhlil olunub. Daha çox gəliri qurbanları tərtibatçılara 7 milyon dollardan çox pul ödəyən “Locky” fırıldaqçı virusu gətirib. “Cerber” və “CryptXXX” fırıldaqçı şifrləyici proqramların yaradıcılarının qazancı müvafiq olaraq 6,9 və 1,9 milyon dollar təşkil edib. 

Tədqiqatçılar qeyd edir ki, fırıldaqçı virus proqramlarının yaradıcıları antivirus mühafizə proqramlarından yayınmağı mənimsəyiblər. Belə ki, zərərli proqramın identifikasiyasından sonra antivirus proqram təminatına aşkarlanan zərərli proqram üçün siqnatura əlavə edilir. Lakin müasir virus nümunələri öz binar kodlarını modifikasiya edərək siqnaturalara əsaslanan antivirus mühafizəsindən yayına bilirlər.

L.Ə.

www.oxu.az 
 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri