26 
İyl
2017
21:42
161
75
5668
Virtual karabakh

Bakıda bu ərazilərdə də pulsuz “Wi-Fi” olacaq

26 İyl, 2017
21:42
5668

Bakıda bu ərazilərdə də pulsuz “Wi-Fi” olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq Bakının “Qış parkı” və “Zabitlər parkı” ərazisində də “Wi-Fi”a ödənişsiz giriş təmin olunacaq.

Oxu.Az-ın xəbərinə görə, bunu özəl olaraq Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.
 
Onun sözlərinə görə, işlər "ictimai Wi-Fi" layihəsi çərçivəsində aparılıb.

Qeyd edək ki, indiyə qədər İçəri Şəhər, Dənizkənarı Milli Park, Sahil parkı və Heydər Əliyev Mərkəzi parkı, eləcə də “Axundov”, “Sabir” və “Xaqani” bağlarında ödənişsiz “Wi-Fi” təmin olunub.

Yaxın vaxtlarda ödənişsiz “Wi-Fi”ın paytaxtın “Hüseyn Cavid” və “Dədə Qorqud” parklarında da təmin edilməsi planlaşdırılır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri