27 
İyl
2017
09:23
8
73
4153
Virtual karabakh

Fəal “Facebook” istifadəçilərinin sayı açıqlandı: Baş gicəlləndirən rəqəm

27 İyl, 2017
09:23
4153

Fəal “Facebook” istifadəçilərinin sayı açıqlandı: Baş gicəlləndirən rəqəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook”un 2017-ci ilin II rübündə gəliri illik ifadədə 45 faiz artaraq 9,32 mlrd. dollar təşkil edib. Bu, mədaxili orta hesabla 9,2 mlrd. dollar proqnozlaşdıran analitiklərin gözləntilərindən çoxdur.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir.

Sosial şəbəkənin xalis mənfəəti 70 faiz artaraq 3,9 mlrd. dollara çatıb ki, bu da ötən ilin 2,3 mlrd. dollarına nisbətdə 71 faiz çoxdur.

Səhm üçün korrektə edilmiş mənfəət ötən ilin müvafiq dövrünün 78 senti ilə müqayisədə 1,32 dollar təşkil edib.

Şirkət bəyan edib ki, iyunda gündəlik auditoriya 1,32 mlrd. nəfərə çatıb ki, bu da bir il əvvəlkinə nisbətdə 17 faiz çoxdur. Ayda bir dəfə sosial şəbəkyə daxil olanların sayı da 17 faiz artaraq 2,01 mlrd.-a çatıb.

Cari ilin II rübündə şirkətin reklamdan əldə etdiyi gəlir illik ifadədə 47 faiz artaraq 9,16 mlrd. dollar təşkil edib. Mobil reklamdan gələn gəlir bütün reklam gəlirlərinin 87 faizinə bərabər olub.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri