27 
İyl
2017
12:19
13
48
1391
Virtual karabakh

Kiberreabilitasiya düşərgəsi istifadəyə verildi

27 İyl, 2017
12:19
1391

Kiberreabilitasiya düşərgəsi istifadəyə verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyada ilk dəfə olaraq test rejimində kiberreabilitasiya düşərgəsi istifadəyə verilib.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, düşərgədə yeniyetmə hakerləri güc və istedadlarını daha pozitiv sahəyə yönəltməyə təşviq edəcəklər. 

İlk belə düşərgə Bristolda yaradılıb. İki gün ərzində kibertəhlükəsizlik və karyera sahəsində çalışan mütəxəssislər yeniyetmələrə mühazirə oxuyublar. Bundan başqa, gənc hakerlərə kibercinayətkarlığın yaratdığı məsuliyyət barədə bilgi verilib.

Pilot proqramının 7 iştirakçısı əvvəllər saytlara kiberhücumlarda təqsirləndirilib. Onların heç biri yetkinlik yaşına çatmayıb.

Uğur qazanacağı təqdirdə, bu cür düşərgələr bütün ölkə ərazisində açılacaq.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri