27 
İyl
2017
18:00
75
23
3064
Virtual karabakh

“WhatsApp”ın gündəlik istifadəçilərinin sayı açıqlandı

27 İyl, 2017
18:00
3064

“WhatsApp”ın gündəlik istifadəçilərinin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“WhatsApp” messencerinin gündəlik auditoriyası 1 milyarda çatıb.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, servisdən hər gün Yer kürəsində hər yeddi nəfərdən biri istifadə edir. İstifadəçilərin sutka ərzində göndərdikləri məlumatların sayı 55 milyard təşkil edir.

Məlumata görə, hazırda messencerin aylıq auditoriyası 1,3 milyard nəfərə bərabərdir. 2016-cı ilin fevralında bu göstəricinin 1 milyard, gündəlik göndərilən məlumatların sayının 42 milyard olması barədə məlumat verilib.

“Stories” vasitəsilə özünü məhv edən məlumatları gündə 250 milyon nəfər göndərir. Həmçinin “Instagram” analoqundan 250 milyon, “Snapchat” analoqundan 166 milyon istifadə edir.

Bununla yanaşı, “Facebook” şirkətinə məxsus “Instagram” şəbəkəsinin aylıq auditoriyası 700 milyon təşkil edir. Şirkətin məlumat mübadiləsi üçün digər servisi - “Messenger”dən ayda 1,2 milyard nəfər istifadə edir. “Facebook” sosial şəbəkəsinin auditoriyası isə 2 milyarda bərabərdir.

Qeyd edək ki, “WhatsApp” dünyada ən populyar messencerlərdən biridir. 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılan servis 2014-cü ilin fevralında 19 milyon dollara “Facebook” sosial şəbəkəsinə satılıb.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri