Avq
2017
11:25
43
17
1418
Virtual karabakh

“Amazon” İranla ticarətdə günahlandırılır

3 Avq, 2017
11:25
1418

“Amazon” İranla ticarətdə günahlandırılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ Sərmayə Bazarı Təşkilatı (SEC)  “Amazon”un fəaliyyətini araşdırmağa başlayıb. Buna səbəb alış-veriş şirkətinin 2012-ci ilin yanvar - 2017-ci ilin iyun aylarında İranla 25 min dollar həcmində  kommersiya əməliyyatı reallaşdırmasıdır. 

Oxu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  İran vətəndaşları   “Amazon”dan, əsasən, ləl-cəvahirat, kitab, elektron əşyalar, oyuncaq, kosmetika,  tibbi məhsullar alıblar. 

Qanuna görə, xalqa açıq şirkətlər İranla ticari əməliyyatlarını açıqlamaq məcburiyyətindədirlər.

“Amazon”un təqdim etdiyi hesabatdan aydın olur ki,  300 dollar dəyərindəki məhsul hökumətin terrorçu fəaliyyətlərdə şübhəli bildiyi şəxslər tərəfindən alınıb.

Nəzərə çatdıraq ki, “Amazon” tərəfindən məsələyə hər hansı şərh verilməyib. 

L.Ə.

www.oxu.az  

 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri