Avq
2017
12:44
39
44
3225
Virtual karabakh

Smartfonlarda yenilik – Peşəkar kameralar gəlir -VİDEO

3 Avq, 2017
12:44
3225

Smartfonlarda yenilik – Peşəkar kameralar gəlir -VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər il smartfon istehsalçıları üçün kameranın işini təkmilləşdirmək müşkül məsələdir. Bu səbəbdən “Google” kimi nəhəng şirkətlər kompüter təliminin imkanlarından yararlanır. Sonuncu ilə Massaçusets Texnologiya İnstitutunun (“MIT”) birgə əməkdaşlığı nəticəsində qeyri-adi fotoredaktor yaradılıb. Bu fotoredaktorun köməyi ilə şəklin keyfiyyətini xeyli yaxşılaşdırmaq mümkündür, sanki şəkil peşəkar fotoqraf tərəfindən çəkilib.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki,  alimlər sözügedən alqoritmin yaradılması üçün kompüter təlimindən istifadə ediblər. Neyron şəbəkəsinin yoxlanması zamanı “Adobe” və “MIT” tərəfindən yaradılmış 5 ədəd şəkil seçilib. Hər bir şəkil 5 müxtəlif fotoqraf tərəfindən retuş edilib. Orijinal şəkilləri onların redaktə edilmiş surətləri ilə müqayisə edən neyron şəbəkəsi şəkillərin keyfiyyətini yaxşılaşdırmaq üçün öz alqoritmini hazırlayıb.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri