Avq
2017
14:17
19
70
2245
Virtual karabakh

“Taxt oyunları” aktyorlarının telefon nömrələri, elektron poçt ünvanları internetdə yayıldı

ABŞ-ın HBO kabel televiziyasına haker hücumunun əks-sədası davam edir. Hakerlərin əsas hədəfi məşhur “Taxt oyunları” (“Game of Thrones”) serialı olub. Onlar artıq serialın 4-cü bölümünü və 5-ci bölümünün ssenarisini internetə sızdırıblar.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, hakerlər serial ulduzlarının şəxsi məlumatlarını da ələ keçirib.

Artıq bəzi məlumatlar - məsələn, Piter Dinkleyc, Lina Hedi və Emiliya Klarkın telefon nömrələri, elektron poçt ünvanları internetdə yayılıb. Hakerlər HBO kanalından böyük məbləğdə pul tələb edirlər. Əks halda, onlar daha çox material, o cümlədən hələ yayımlanmamış serialların epizodlarını, konfidensial korporativ məlumatları yayacaqlarını bildirirlər.

HBO rəhbərliyi isə polis və kibertəhlükəsizlik üzrə mütəxəssislərlə əməkdaşlıq şəraitində təhqiqat aparıldığını açıqlayıb. 

L.Ə.

www.oxu.az 

Digər İKT xəbərləri