10 
Avq
2017
09:50
116
47
2055
Virtual karabakh

ABŞ uşaq haker yetişdirir

10 Avq, 2017
09:50
2055

ABŞ uşaq haker yetişdirir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ kibertəhlükəsizlik sahəsindəki işçi yoxluğunu doldurmaq üçün maraqlı bir işə imza atdı. Hakerliyə başlanğıc dərsi ilə birlikdə kiçik uşaqlara kibertəhlükəsizliyin əhəmiyyəti öyrədilir.

Oxu.Az technote.az-a istinadən bildirir ki, hər ötən gün fərqli sahədə özünü göstərən kibertəhlükəsizlik gələcəkdə insanlıq üçün daha da kritik bir yerə sahib olacaq. Kibertəhlükəsizlik sektorunda yalnız ABŞ-da 2 milyona yaxın işci yoxluğu var.

Bu məsələni düzəltmək adına maraqlı bir hərəkətə imza atan ABŞ kiçik yaşdakı uşaqlara hakerliyə başlanğıc  dərsi keçməyə başladı. Daha əvvəl lisey səviyyəsinə qədər keçirilən kibertəhlükəsizliyin artıq ibtidai məktəb səviyyəsinə qədər enmiş olması isə olduqca diqqət çəkir.

Məşhur kibertəhlükəsizlik fəaliyyəti “Defcon”dakı r00tz Asylum fəaliyyətində ABŞ ordusuna mənsub zabitlər tərəfindən uşaqlara hakerliyin etik ölçüsü və incəlikləri haqqında əhəmiyyətli məlumatlar verilir.

Bu fəaliyyətlərlə xüsusilə bu sahədə əlaqəsi olan şəxslərin daha erkən fərq edilib yetişdirilməsi və ölkə kibertəhlükəsizliyi üçün təsirli rol oynaması məqsəd qoyulur. NSA-nın da stand açdığı “DEFCON”-a hökumət də böyük əhəmiyyət verir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri