11 
Avq
2017
10:00
19
47
3624
Virtual karabakh

“Samsung RB33” adi soyuducu deyil, ən yaxın köməkçinizdir”

11 Avq, 2017
10:00
3624

“Samsung RB33” adi soyuducu deyil, ən yaxın köməkçinizdir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Soyuducu həyatımızın əvəzolunmaz  bir hissəsidir. O, hər bir mətbəxin əsas hissəsi olaraq, bizim ən yaxın köməkçimizdir. Özünüz fikirləşin, biz heç vaxt soyuducu alıb-almayacağımızı düşünmürük, çünki əminik ki, soyuducu hər bir evə lazımdır. Soyuducu alarkən, adətən, istismar müddətinin uzun olması, qənaətcil və tutumluluğu nəzərə alınır. Belə ki, “Samsung”un yeni soyuducuları bu kriteriyalara tam uyğundur. İnverter mühərriki ilə işləyən “RB33” modellərinin iş prosesi axarlıdır və adi soyuducularda olduğu kimi kəskin sönüb/yanma xassəsinə malik deyil. Belə ki, bizim adət etdiyimiz soyuducuların iş prinsipi belədir: onlar işə düşür və soyuducu kamerasını tələb olunan temperatura qədər soyudaraq, sönür və dövriyyə yenidən başlayır. İnverter mühərrikli soyuducular başqa cür qurulub, onlar daim işləyərək şəraitdən asılı olaraq, misal üçün soyuducu qapısı tez-tez açıldıqda və ya hava hərarəti yüksək olduqda, bir müddətlik dövriyyə sayını artırır sonra isə adi iş rejiminə qayıdırlar. İşləmə zamanı elektrik enerjisində kəskin istifadə artımı müşahidə olunmadığına görə siz enerji  sərfiyyatına qənaət edirsiniz. Buna misal olaraq, siz hər dəfə işıq yandırdığınızda ən çox enerji elektrik lampasının volfram “dilinin” qızdırılmasına sərf edilir, buradan da  adət etdiyim lampalar - “közərmə lampası” adlanır. İndi isə, hər dəfə yenidən yanan soyuducunun “qızdırılmasına” nə qədər elektrik enerjisi istifadə edilməsini təsəvvür edin. Beləliklə, “Samsung RB33” soyuducusu sizə elektrik enerjisinə qənaət etməyə kömək edərək, enerji sərfiyyatını 24% azaldır.

“RB33” soyuducusu əlavə olaraq bir xüsusiyyətə də malikdir. O, aşağı buzluqla təchiz olunub. Bu, olduqca rahatdır. Daha çox istifadə etdiyiniz əsas kamera indi hər an əlinizi altında olacaq, istənilən məhsulu tapmaq üçün daha əyilməyə ehtiyac qalmayacaq. Buzluq praktik təşkil edilib, burada məhsulların yerləşdirilməsi üçün rəflər nəzərdə tutulub. Burada siz asanlıqla ət və balıq məhsullarını yerləşdirməklə yanaşı, istədikdə hətta qış aylarında sevdiyiniz dadlardan həzz almaq üçün mövsümi giləmeyvələrdən də dondura bilərsiniz. Belə bir tutumlu buzluq işgüzar xanımlar üçün əsl tapıntıdır. İndi hətta ən çətin iş həftəsi boyunca belə, siz əvvəlcədən hazırladığınız yarımfabrikatların köməyi ilə yaxınlarınızı dadlı yemək çeşidləri ilə sevindirə biləcəksiniz.  Bu yarımfabrikatlar üçün siz hətta ayrıca rəf ayıra bilərsiniz. Əmin olun ki, buzluğunuzda istədiyiniz hər bir məhsula yer çatacaq!

Soyuducunun əsas kamerası da geniş saxlama sahəsi prinsipi üzərində yaradılıb. Burada çəkilə və yığıla bilən rəflər və geniş qapı cibləri kimi, bir neçə əlavə nəzərdə tutulub. Çəkilə bilən rəfin köməyilə siz hətta soyuducunun ən dərinliyində yerləşən bankanı asanlıqla götürüb, istifadə edə bilərsiniz. Geniş qapı cibləri isə sizə rəflərdəki yerə qənaət etməyə kömək edəcək. Yığıla bilən rəf “hündür” və qabaritli məhsulların saxlanması üçün sadə və düşünülmüş həldir. Soyuducunuz dolub və ərzaqları yığmağa yeriniz yoxdur? Sadəcə, rəfi qatlayın  və ya tam olaraq yığın. 

Yay aylarında biz tez-tez evdə olmuruq, istirahətə, pikniklərə yollanırıq və ya uzaq səfərə çıxırıq. Əvvəllər harasa yola düşərkən soyuducunu söndürərək, korlana bilən ərzaqları özümüzlə götürmək məcburiyyətində qalırdıq. Lakin “RB33”  soyuducu ilə sizə ərzaqlarınızın korlana biləcəyi haqda fikirləşmək lazım gəlməyəcək, belə ki, bu modeldə “Tətil” işləmə rejimi nəzərdə tutulub. Bu rejimdə soyuducunun əsas kamerası sönərək, yalnız buzluq işləyir. 

Qeyd etmək lazımdır ki, kəskin dəyişikliklər və detalların yüklənməsi baş vermədiyindən, soyuducunun köhnəlmə müddəti çoxalaraq, onun istismar müddəti daha da uzadılır. İstehsalçı isə inverter mühərrikinə 10 il zəmanət verir. 

İnverter mühərrikli “Samsung” soyuducuları – inverter mühərriki 10 zəmanətli, saxlanma sahəsi rahat təşkil edilmiş və qənaətcil soyuducudur. 

“Digital Inverter Compressor” ilə təchiz olunmuş “Samsung” soyuducuları haqqında ətraflı məlumatı: Baku Electronics, Kontakt Home, Maxi.az və Optimal rəsmi mağazalar şəbəkəsindən əldə edə bilərsiniz. 

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri