12 
Avq
2017
20:30
44
147
1559
Virtual karabakh

Dünyada 3 milyard insan sosial şəbəkələrdən aktiv istifadə edir

12 Avq, 2017
20:30
1559

Dünyada 3 milyard insan sosial şəbəkələrdən aktiv istifadə edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hər gün sosial şəbəkələrdə aktiv istifadəçilərin sayı 1 milyon artır.
 
“The Next Web” nəşrində dərc edilmiş “We Are Social” və “Hootsuite” platformalarının son hesabatına əsasən, sosial şəbəkələrdə aktiv istifadəçilərin sayı 3 milyardı ötüb.
 
Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, hazırda dünyada ən böyük sosial şəbəkə “Facebook”-dur. Bu sosial şəbəkənin auditoriyası 2 milyard aktiv istifadəçidən ibarətdir. Onların 87%-i mobil qurğulardan istifadə edir, 59%-i isə hər gün “Facebook”-a daxil olur.
 
Aktiv istifadəçilərinin sayı 1,5 milyard təşkil edən “YouTube” video platforması bu göstərici üzrə ikinci yerdə qərarlaşıb. Aktiv istifadəçilərinin sayına görə növbəti yerləri “WhatsApp”, “Facebook Messenger” və “WeChat” messencerləri tutublar.
 
“Telegram” messencerinin auditoriyası 100 milyon aktiv istifadəçidən ibarətdir və bu göstərici üzrə “VKontakte” sosial şəbəkəsini geridə qoyur. Bu yaxınlarda Pavel Durov məlumat verib ki, hər gün sözügedən messencerdə 600 min insan qeydiyyatdan keçir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri