14 
Avq
2017
12:43
10
85
2434
Virtual karabakh

Bir sıra rayonların internet təchizatında müəyyən fasilələr yaranacaq

14 Avq, 2017
12:43
2434

Bir sıra rayonların internet təchizatında müəyyən fasilələr yaranacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Regionlarda sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi üçün  işlər davam etdirilir.

Oxu.Az xəbər verir ki, “Aztelekom” MMC “aztelekom.net” internet provayderinin resurslarının çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədilə həyata keçirdiyi layihə üzrə işlər aparır. 

Layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır. 

Sabahdan etibarən Abşeron, Ağdam, Ağsu, Balakən, Cəlilabad, Sumqayıt, Şirvan, Füzuli, Gəncə, Göyçay, Hacıqabul, Kürdəmir, Tərtər, Zaqatala, Lənkəran, Lerik, Masallı, Mingəçevir, Naftalan, Ucar, Daşkəsən, Neftçala, Qax, Qazax, Qobustan, Quba, Xaçmaz, Qusar, Salyan, Samux, Şamaxı, Şəki, Yardımlı rayonları üzrə  işlər aparılacaq. 

Texniki yenilənmə işləri ilə əlaqədar 15 avqust saat  02:00-dan  08:00-dək qeyd olunan rayonlarda internet təchizatında müəyyən fasilələr yarana bilər.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri