14 
Avq
2017
13:30
15
66
3171
Virtual karabakh

“Google Play”də casus proqramı aşkar edilib

14 Avq, 2017
13:30
3171

“Google Play”də casus proqramı aşkar edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Lookout” şirkətinin mütəxəssisləri “Google Play” mobil proqramlar mağazasında casus proqram aşkar ediblər. Ekspertlərin sözlərinə görə, hakerlər “Android” mobil əməliyyat sistemi istifadəçiləri üzərində nəzarət imkanına malik olmaq üçün bu proqramı “Google Play” mağazasına bilərəkdən yükləyiblər.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, ümumilikdə “SonicSpy” proqram təminatının üç casus versiyası aşkar edilib. “Soniac”, “Troy Chat” və “Hulk Messenger” təhlükəli proqramlar hesab edilib.

“Google” şirkəti artıq “Google Play”dən zərərverici proqram təminatını silib, amma bir çox istifadəçilər bu proqramları yükləyiblər. Lakin sözügedən proqramlar başqa saytlarda əlçatandır.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri