14 
Avq
2017
16:13
30
100
2676
Virtual karabakh

Pulsuz WiFi xidmətindən istifadə edən 500000-ci istifadəçi mükafatlandırılıb

14 Avq, 2017
16:13
2676

Pulsuz WiFi xidmətindən istifadə edən 500000-ci istifadəçi mükafatlandırılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə Bakı Telefon Rabitəsi MMC (“Baktelecom”) tərəfindən mart ayından etibarən həyata keçirilən “İctimai İnternet” layihəsi üzrə pulsuz WiFi xidmətindən istifadə edənlərin sayı yarım milyonu (500.000) ötdü. 

Pulsuz WiFi xidmətinin 500000-ci istifadəçisi Bakı şəhər sakini  Aysel Ələsgərova olub.

Bu gün  “Baktelecom” şanslı istifadəçini mükafatlandırıb. 

Qeyd edək ki, ötən həftədən “Pulsuz  WiFi”ın sosial şəbəkədəki səhifəsində start verilən “500000-ci ol, hədiyyəni apar” sloqanı ilə təqdim olunan kampaniya istifadəçi sayının artmasını stimullaşdırıb. 

Məlumat üçün bildirək ki, “İctimai İnternet” şəbəkəsi Dövlət Bayrağı Meydanı da daxil omaqla, Dənizkənarı Milli Park, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi, Heydər Əliyev Mərkəzinin parkı, Sahil, Sabir, Xaqani, Axundov bağlarında, Qış və Zabitlər parkında aktiv edilib. 

Yaxın zamanda Hüseyn Cavid və Dədə Qorqud parkları da pulsuz WiFi xidmətinin əhatə zonasına daxil ediləcək. 

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri