15 
Avq
2017
12:44
9
117
1240
Virtual karabakh

Azərbaycanda mobil operatorların gəlirləri artıb

15 Avq, 2017
12:44
1240

Azərbaycanda mobil operatorların gəlirləri artıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2017-ci ilin yanvar-iyul ayları ərzində informasiya və rabitə müəssisələri 958,2 mln.  manatlıq xidmət göstərib ki, onun da 72%-i əhali tərəfindən istehlak olunub.

Oxu.Az Dövlət Statstika Komitəsinə istinadən xəbər verir ki, 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 4,9% artıb, bu sahədə əldə edilmiş gəlirin 81%-i qeyri-dövlət sektorunun payına düşüb. 

Xidmətlərdən əldə edilən gəlirin 49,8%-i və ya 477,0 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb. Xatırladaq ki, yanvar-iyun ayları ərzində informasiya və rabitə müəssisələri 828,4 milyon manatlıq xidmət göstərmişdi. Xidmətlərdən əldə edilən gəlirin 48,1 faizi və ya 398,1 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşmışdı.

L.Ə.

www.oxu.az 

 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri