15 
Avq
2017
17:40
13
84
1520
Virtual karabakh

“Opera” trafikə qənaət edən servisini bağlayıb

15 Avq, 2017
17:40
1520

“Opera” trafikə qənaət edən servisini bağlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son illərdə operatorların internet tarifləri daha əlverişli olub. Bununla belə, yeni nəsil şəbəkələrin tətbiqi ilə əlaqədar istifadə edilən məzmunun həcmi də artır, buna görə trafikin sıxılması üçün servis və proqramlara tələbat yüksəkdir. Buna baxmayaraq, “Opera” şirkəti “Opera Max VPN” servisini bağlayıb.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, bu barədə  “Opera” şirkətinin bloqunda yazılıb ki, “Max” servisi şirkətin başqa məhsulları ilə rəqabətdə uduzurdu. Başqa sözlə, proqramçılar ikinci dərəcəli məhsulun dəstəyinə vaxt itirmək istəməyərək onu bağlayıblar. “Opera Max” servisi daha yenilənməyəcək və artıq “Google Play” proqramlar mağazasından çıxarılıb.

Proqramı öncə yükləmiş istifadəçilər sözügedən servisdən hələ ki istifadə edir. Qeyd edək ki, “Opera” istənilən vaxt “Max” servisinin fəaliyyətini tamamilə dayandırmaq hüququna malikdir, ancaq hələlik bu barədə dəqiq məlumat yoxdur.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri