17 
Avq
2017
12:42
13
53
1607
Virtual karabakh

“Facebook”un mobil versiyasının dizaynı dəyişir

17 Avq, 2017
12:42
1607

“Facebook”un mobil versiyasının dizaynı dəyişir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook” özünün smartfonlar üçün mobil əlavəsinin dizaynında dəyişiklik etməyə hazırlaşır.  

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, avatarların kənarlarının dairəvi formaya salınması, xidmətin daha sadə naviqasiya ilə təchiz edilməsi və ikonların ölçüsünün böyüdülməsi gözlənilir.

Bundan başqa, çox güman ki, şərh hissəsi genişləndiriləcək və şərhlərdən hansının birbaşa statusa aid olduğunu, hansının isə digər ziyarətçinin şərhinə replika olduğunu müəyyən etmək asanlaşacaq.

“Facebook” mobil əlavəsinin istifadəçiləri yenilənmiş dizaynla bir neçə gündən sonra tanış ola biləcəklər.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri