17 
Avq
2017
19:32
74
40
10110
Virtual karabakh

Ən populyar smartfonların adları açıqlandı – SİYAHI

17 Avq, 2017
19:32
10110

Ən populyar smartfonların adları açıqlandı – SİYAHI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“iPhone 7” və “7 Plus” 2017-ci ilin ikinci rübündə dünyanın ən populyar smartfonu olub.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Strategy Analytics”in apardığı tədqiqatın nəticələrində bildirilir.

Ekspertlər hesab edirlər ki, aprel ayından iyula qədər 16,9 milyon “iPhone 7” və 15,1 milyon “7 Plus” smartfonu satışa çıxarılıb. Qeyd edilir ki, “iPhone 7” “Apple” smartfonları arasında ən populyardır.

“iPhone”dan sonra “Samsung Galaxy S8” və “S8+“” smartfonları gəlir - müvafiq olaraq 10,2 milyon və 9 milyon tirajla. 

İlk beşliyi isə 5,5 milyon göstərici ilə “Xiaomi Redmi 4A” bağlayır.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri