18 
Avq
2017
19:00
107
21
1966
Virtual karabakh

Kosmosa 3D printerlə hazırlanmış peyk göndərilib

18 Avq, 2017
19:00
1966

Kosmosa 3D printerlə hazırlanmış peyk göndərilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Kosmos Stansiyasında (BKS) fəaliyyət göstərən rus kosmonavtlar 3D printerlə hazırlanmış ilk peyki kosmosa göndəriblər.

Oxu.Az AZƏRTAC-a istinadla xəbər verir ki, Fyodor Yurçikin və Sergey Ryazanskiy stansiyada həyata keçirdikləri altı saatlıq yürüş zamanı kosmosa beş nanopeyk göndəriblər. Peyklərdən birinin örtüyü və batareya qutusu 3D printerlə hazırlanıb. Kosmonavtların məqsədi 3D printerlə hazırlanmış peyk hissələrinin kosmos şəraitində necə reaksiya verəcəyini müşahidə etmək olub.

Sibirin Tomsk Politexnik Universitetində hazırlanmış peyklə kosmosa müxtəlif dillərdə salam da göndərilib. 4,5 və 10 kiloqram ağırlıqlarında olan peyklərin 5-6 ay orbitdə olması gözlənilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri