21 
Avq
2017
13:10
40
15
1594
Virtual karabakh

"Microsoft" şirkəti masaüstü "Skype" xidmətinə bir neçə gözlənilən funksiya əlavə edib

21 Avq, 2017
13:10
1594

"Microsoft" şirkəti masaüstü "Skype" xidmətinə bir neçə gözlənilən funksiya əlavə edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Microsoft"un mütəxəssisləri "Skype" xidmətinin fərdi kompüterlər üçün beta versiyası üzərində sınaqlara başlayıblar. Bu barədə korporasiyanın rəsmi bloqunda məlumat verilib. "Skype" servisinin yeni masaüstü versiyasında əvvəllər yalnız messencerin mobil versiyasında mövcud olan funksiyalar istifadəyə verilib.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, bundan başqa, proqramın dizaynı üzərində xeyli iş görülüb.

İndi, məsələn, sadəcə "@" simvolu vasitəsilə istifadəçilərin adını sadalamaqla konfranslarda onları xatırlamaq olar. Bu özəllik əvvəllər yalnız "Skype" xidmətinin "iOS" və "Android" mobil əməliyyat sistemlərində əlçatan idi.

Yeni masaüstü "Skype" servisi dəyişilmiş bildirişlər paneli, həmçinin qalereya (indi mesajlarda göndərilmiş sənəd, istinad və media faylları asanlıqla tapmaq mümkündür) əldə edib.

Daha bir yenilik qrup zəngləri ilə bağlıdır. İndi sadə manipulyasiyaların köməyi ilə reaksiyalarla mübadilə etmək mümkündür.

Yeni "Skype"ın ilkin versiyası hələlik yalnız "Skype Insider" proqramının iştirakçılarına əlçatandır, ancaq tezliklə hamı yeni  messenceri yükləyə biləcək.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri