21 
Avq
2017
15:11
54
18
1725
Virtual karabakh

“Google” axtarış nəticələrində videoların önbaxışını göstərməyə başlayıb

21 Avq, 2017
15:11
1725

“Google” axtarış nəticələrində videoların önbaxışını göstərməyə başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da “Android” sistemi ilə işləyən smartfonların sahibləri “Google Chrome” brauzerinin yeni versiyasında axtarış nəticələrində videoların önbaxışının avtomatik, amma səssiz göstərilməsinin şahidi olublar.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, hazırda sözügedən yenilik yalnız ingilis dilli çarxları dəstəkləyir və ABŞ ərazisində işləyir. Ancaq yaxın gələcəkdə bütün dünyada əlçatan olacaq. Həmçinin “iOS” sistemi ilə işləyən cihazlarda videoların önbaxışını görmək mümkün olacaq.

Qeyd etmək lazımdır ki, yeni funksiya yalnız “Wi-Fi” moduluna qoşulma zamanı işləyəcək ki, istifadəçinin internet trafiki boş yerə sərf olunmasın. Həmçinin sazlamalardan videoların avtomatik göstərilməsini deaktiv etmək olar.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri