21 
Avq
2017
15:53
15
35
1313
Virtual karabakh

“Facebook”un xəbər lenti yeniləndi

21 Avq, 2017
15:53
1313

“Facebook”un xəbər lenti yeniləndi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook” dizaynerləri sosial şəbəkənin vizual olaraq daha yaxşı görünməsi və istifadəçilər tərəfindən yaxşı qarşılanması üçün xəbər lentini yeniləmək qərarına gəliblər.  

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, 2 milyarda yaxın istifadəçisi olan sosial şəbəkənin dizaynı üzərində mütəmadi olaraq təcrübə aparılır. Ancaq bu dəyişikliklər “Facebook” istifadəçiləri tərəfindən çox vaxt mənfi qiymətləndirilir.  

Son olaraq tərtibatçılar parlaqlığı və mətnin şriftini yaxşılaşdıran yenilənmə aparıblar. Bu, istifadəçilərin xəbərləri daha asanlıqla oxumasına və gözlərinin daha gec yorulmasına şərait yaradacaq. Təkcə mətn deyil, “like” hissəsi də böyüdülüb.

İstifadəçilərin gözlədikləri əsas yenilənmələrdən biri isə profil fotolarının görünüşüdür. Bundan sonra onlar dairəvi olacaq.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri