22 
Avq
2017
10:00
60
15
3130
Virtual karabakh

"Samsung UHD TV Curved" – adi televizordan daha çox"

22 Avq, 2017
10:00
3130

"Samsung UHD TV Curved" – adi televizordan daha çox"

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Televizor həyatımızın əvəz olunmaz bir hissəsidir. Evə gələrkən ilk olaraq biz televizoru yandırırıq, naharımızı televizorla edirik, sevdiyimiz film ilə yuxuya gedirik.  Bəziləri üçün yaxşı televizor fəxr səbəbi və qonaq otağının bəzəyidir, başqaları üçün isə istirahət və əyləncə mənbəyidir.  

"Samsung UHD TV Curved" özündə sizin bütün istəklərinizi birləşdirir. "Samsung UHD TV Curved"in  qövsvari forması eyni məsafədə yerləşən baxış nöqtəsindən ekranın bütün sahəsini görmək üçün imkan yaradır ki, bu da öz növbəsində hətta küncdə belə yerləşən detalları daha aydın seçməyi mümkün edir. "UHD TV Curved"  görmə qabiliyyətinizin qeydinə qalaraq, böyük icazəyə baxmayaraq, gözlərinizi yormur. Yorğun və qızarmış gözlərə son, indi sizə, sadəcə, televizor seyrindən zövq almaq qalır!

Yeni funksiyaların və texnologiyaların tətbiqi izləyicini vizual effektlərlə əhatə edərək ekranda baş verən atmosferə dalmasını təmin edir.  Belə ki, Auto Depth Enhancer texnologiyası kontrastlığı yaxşılaşdırmaq üçün nəzərdə tutulub ki, bu da öz növbəsində həcmli təsvir yaradaraq dərinlik hissinin artırılmasına kömək edir. Bu, necə işləyir? Təsvir obyektlərə bölünür.

Sonra bu obyektlərin ön, ya arxa plana və ya fona aid olması təyin olunaraq hər birinə müəyyən kontrastlıq alqoritmi tətbiq olunur. Bununla da daha həcmli və dərin görüntü effektli təsvir əldə edirsiniz. "Samsung UHD TV Curved" spesifikasiyasında Active Crystal Color funksiyası vardır ki, onun sayəsində görüntünün rəng palitrası genişlənir və ekranınızda olan kontent daha da canlı görünür. ActiveCrystalColor texnologiyası  daxil olan siqnalı incələyərək verilən təsvirin parlaqlığı və rəng ötürülməsini artırır. Eyni zamanda, bu texnologiya işıqlandırmanın yaxşılaşdırılması sayəsində qırmızı və yaşıl rəngi gücləndirərək, dolğun rəng ötürməsini təmin edir. 

"Samsung UHD TV Curved"in inanılmaz parlaqlığı HDR texnologiyası vasitəsilə təmin edilir. High Dynamic Range və ya genişlənmiş dinamik diapazon ekranda olan görüntünün keyfiyyətinin real görüntünün keyfiyyətinə maksimal şəkildə yaxınlaşdırılmasını təmin edir. İnsan gözü sürətlə dəyişən qaranlıq və işıqlı mühitlərdə eyni anda nisbətən az detal seçə bilir, lakin göz bəbəyimiz işıqlandırılma şəraitinə uyğunlaşandan sonra görmə həssaslığı 3 dəfə artır. Belə ki indi HDR funksiyası sayəsində həm qaranlıq, həm də işıqlı səhnələrdə hətta ən xırda detalı belə asanlıqla görə biləcəksiniz.

Qeyd etmək lazımdır ki, "Samsung UHD TV Curved" televizoru görüntü keyfiyyətini avtomatik yaxşılaşdıran innovasiya texnologiyası ilə təchiz olunub. Bu televizorlar keyfiyyətindən asılı olmayaraq, seyr etdiyiniz hər bir videogörüntünü Ultra High Definition keyfiyyətinə yaxın olan təsvirə qədər yaxşılaşdırma imkanı yaradır. Hazırkı dövrdə Azərbaycanda UHD formatında yayım mövcud olmadığına baxmayaraq, bu funksiya daxil olan siqnalın keyfiyyətini maksimal şəkildə yaxşılaşdırmağa qadirdir. Belə ki, UHD formatında olan görüntünün FHD TV-dən nə qədər fərqləndiyini asanlıqla hiss edəcəksiniz.

Yeni "UHD TV Curved" televizorları ilə dünya sizə daha yaxındır. Televizor sizin rahatlıqla onlayn kontentdən istifadə etməyiniz üçün Wi-Fi modul ilə təchiz olunub. Smartfon və ya flaş kartınızda olan məlumatlarınıza da  televizor ekranında baxa bilərsiniz. 

Qövsvari forması və metal əlavələri olan zərif görünüşlü "Samsung UHD TV Curved" televizoru həm də evinizin interyerini bəzəyəcək dekor elementidir. 

"Samsung UHD TV Curved" televizorları haqqında əlavə məlumatı: Baku Electronics, Kontakt Home, Maxi.az, Optimal və Soliton mağazalar şəbəkəsindən əldə edə bilərsiniz. 

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri