22 
Avq
2017
10:49
60
12
3253
Virtual karabakh

“Android”in yeni versiyası təqdim olundu – VİDEO

22 Avq, 2017
10:49
3253

“Android”in yeni versiyası təqdim olundu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Google” şirkəti özünün “Android” əməliyyat sisteminin yeni - 8-ci versiyasını təqdim edib.

Oxu.Az-ın İKT.lent.az-a istinadən xəbərinə görə, bu barədə şirkətin bloqunda məlumat verilib.

“Google” yeni əməliyyat sisteminin adını ənənəsinə uyğun olaraq şirniyyat adlarından seçib. “Android 8.0” “Oreo” adını alıb.  

“Google”dan bildirilib ki, “Android Oreo” daha ağıllı, daha operativ və daha güclüdür. Sistem “təsvirdə təsvir” (Picture in Picture) funksiyası ilə işi sadələşdirir. Belə ki, artıq istifadəçilər eyni anda iki əlavə görə biləcəklər. Bundan başqa, “Android 8.0” çərçivəsində bildiriş sistemi də təkmilləşdirilib və ən vacib əlavələrdən gələn bildirişlər daha operativ olacaq.  

“Android Oreo” avtotamamlama funksiyası ilə təmin edilib, bu isə menyuda asanlıqla hərəkət etməyə və müxtəlif vəzifələr yerinə yetirməyə imkan verəcək. Nəhayət, yeni OC daha etibarlı müdafiə vasitələrinə malikdir və əvvəlkindən iki dəfə daha tez işə düşür, cihaz sahibinin az istifadə etdiyi əlavələrin fon aktivliyini məhdudlaşdırır.

Yeni əməliyyat sistemi ABŞ-da tam Günəş tutulması ilə eyni vaxt təsadüf edib. Bu hadisə yeni əməliyyat sisteminin təqdimat videosunda da əksini tapıb. 

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri