23 
Avq
2017
21:15
117
29
5383
Virtual karabakh

“Samsung” “Galaxy Note8” smartfonunu təqdim etdi

23 Avq, 2017
21:15
5383

“Samsung” “Galaxy Note8” smartfonunu təqdim etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Samsung” şirkəti yeni “Galaxy Note8” smartfonunu təqdim edib.

Oxu.Az-ın xəbərinə görə, smartfon 6,3 düym diaqonallı ekrana malikdir. Cihazda tərəflərin nisbəti 18,5:9-dur və 1440x2960 piksel təsvir ölçülü  ekranla təchiz edilib. 

Qurğunun korpusu şüşə və metaldan hazırlanıb, su və toza qarşı IP68 standartı ilə müdafiəsi var. “Note8” həmçinin Exynos 8895 səkkiz nüvəli prosessor və altı giqaybaytlıq əməliyyat yaddaşı ilə təchiz olunub.

Smartfonun əsas xüsusiyyəti ikili kamera olub. Hər iki modul 12 meqapiksel təsvir ölçüsünə, onlardan biri “Dual Pixel” texnologiyasına, “f1.7”, digəri isə “f2.4” linzasına malikdir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri