Sen
2017
15:18
14
50
1366
Virtual karabakh

"Facebook" "insan" mimikasına malik bot yaradıb

6 Sen, 2017
15:18
1366

"Facebook" "insan" mimikasına malik bot yaradıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Facebook" sosial şəbəkəsinin proqramçıları yalnız istifadəçinin üz ifadəsini təhlil deyil, həm də həmsöhbətin mimikasına reaksiya vermək qabiliyyətinə malik "Learn2Smile" alqoritmini yaradıblar.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki,  layihənin əsasını təşkil edən süni intellekt "Skype" servisində 250 videokonfransı təhlil edib.

Alqoritm danışıq zamanı hər bir sifətdə 68 standart nöqtənin yerləşməsini araşdırıb. Bu məlumatlar əsasında "Learn2Smile" alqoritmi əsas sifət ifadələri və qeyri-şifahi siqnalların kataloqunu tərtib edib. Məlumdur ki, insanlar həmsöhbətin söz və emosiyalarına reaksiya verərək, bir neçə ümumi hərəkət icra edirlər: baş ilə salam verir, baş əyir, göz qırpır. Alqoritmin yaradıcıları qeyd ediblər ki, hətta ağız və qaşların hərəkəti son dərəcə informativ ola bilər.

Proqramçıların sözlərinə görə, onların layihəsi avtomatik videoköməkçilərlə ünsiyyəti daha rahat etmək üçün nəzərdə tutulub. Gələcəkdə belə botlar daha da təkmilləşəcək və onların dizaynı detallaşdırılacaq.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri