Sen
2017
15:46
20
49
1659
Virtual karabakh

“Facebook”da şərhlər rəngli olacaq

7 Sen, 2017
15:46
1659

“Facebook”da şərhlər rəngli olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook” sosial şəbəkəsində yeni qeyri-adi imkan yaradılacaq.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, sosial şəbəkə yeni funksiyanı sınaqdan keçirir. Artıq bəzi istifadəçilər statusların altından rəngli şərhlər yazmaq imkanına malikdirlər. 

Belə ki, mövcud fondakı 7 rəngdən birini, həmçinin narıncı, açıq yaşıl və bənövşəyi rəngləri seçmək mümkündür. 

Yenilik hələlik ancaq mobil cihazlarda mövcuddur. İlk olaraq yeni imkanları “Android” əlavələrin istifadəçiləri qiymətləndirə biliblər. Əlavədəki bu funksiyanın sosial şəbəkənin masaüstü versiyasına əlavə olunub-olunmayacağı hələlik məlum deyil.

Artıq şəbəkə istifadəçiləri rəngli şərhlərə şikayətlərini bildiriblər. Bir çoxları isə etiraf edib ki, sosial şəbəkənin belə bir qərarı onları əsəbiləşdirir.  

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri