Sen
2017
18:11
104
23
4205
Virtual karabakh

Ukraynada yeni sosial şəbəkə yaradıldı

7 Sen, 2017
18:11
4205

Ukraynada yeni sosial şəbəkə yaradıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ukraynada “Woolik” adlanan yeni sosial şəbəkə yaradılıb. 

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, layihə rəhbərləri ukraynalıların çoxdan özlərinin milli sosial şəbəkəsinə layiq olduğunu bildiriblər. Onların sözlərinə görə, bu sosial şəbəkə ən yaxşı xarici analoqlardan geri qalmayacaq. 

“Bir ilhamlanmış icmayıq və bu haqsızlığı düzəltmək üçün öz milli məhsulumuzu tərtib etmişik. “Woolik” - Ukraynanın möhtəşəm funksionallığa malik rahat sosial şəbəkəsidir. Bu sosial şəbəkə dünya analoqlarından geri qalmayacaq və onları üstələyəcək”, - deyə tərtibatçılar bildirib. 

Onlar həmçinin qeyd edirlər ki, “Woolik”in missiyası Ukraynada insanların bütün dünya ilə effektiv kommunikasiya və ünsiyyət yaratması üçün müasir, estetik olaraq xoş, tez və rahat sosial şəbəkəni yaratmaqdır”.

Xatırladaq ki, bu həftə Ukrayna özünün “Ukrainians” adlanan yeni sosial şəbəkəsini bağlayıb.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri