Sen
2017
09:33
81
20
2859
Virtual karabakh

İtmiş smartfonların axtarışı üçün yeni üsul kəşf edilib – VİDEO

9 Sen, 2017
09:33
2859

İtmiş smartfonların axtarışı üçün yeni üsul kəşf edilib – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şotlandiyanın Sent-Edryu Universitetinin tədqiqatçılar qrupu itmiş smartfonların axtarışı üçün “SpeCam” adlı proqram hazırlayıblar.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, mobil əlavə xüsusi alqoritmlər sistemindən istifadə edərək, smartfonun olduğu səthin növünün və rənginin müəyyənləşdirilməsi üçün qurğunun ön kamera və ekranından yararlanır.

Bu halda displey smartfonun ön kamerası ilə tutuşdurulduqdan sonra axtarışın aparıldığı kompüterə göndərilən səthdən əks olunan çoxspektrli işıq mənbəyi qismində çıxış edir. Texnologiyanın əsas üstünlüyü axtarılan qurğunun aparat və proqram təminatına qarşı olan minimal tələblərdir.

Məlumata görə, “SpeCam” istənilən materialı asanlıqla müəyyənləşdirməklə farforu keramikadan dərhal seçir. Mütəxəssislərin planına görə, nəticədə istifadəçilər əlavənin işini (məsələn, səsli siqnalı aktivləşdirmək) müstəqil konfiqurasiya edə biləcəklər.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri