11 
Sen
2017
16:07
15
58
1292
Virtual karabakh

İnformasiya texnologiyalarının inkişafı sahəsində tədbirlərin 9 faizi icra olunub

11 Sen, 2017
16:07
1292

İnformasiya texnologiyalarının inkişafı sahəsində tədbirlərin 9 faizi icra olunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"2017-ci ilin ilk altı ayı ərzində “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş tədbirlərin 9 faizi icra edilib, 35 faizinin icrası üzrə işlərə başlanılıb".

Oxu.Az xəbər verir ki, bu barədə Strateji Yol Xəritəsinin yarımillik monitorinq və qiymətləndirmə hesabatlarında qeyd olunub.

Bildirilib ki, telekommunikasiya bazarının liberallaşdırılması üzrə tədbirlər çərçivəsində Texniki-İqtisadi Əsaslandırmanın aparılması üçün ilkin şərtlər toplusu hazırlanıb və baxılması üçün bütün üzv olan operatorlara təqdim edilib.

“MasterCard Worldwide” beynəlxalq kart təşkilatı rəqəmsal ödənişlərin genişləndirilməsi ilə bağlı işlərə cəlb edilib və bu əməkdaşlıq çərçivəsində geniş təhlil və diaqnostika işlərinə başlanılıb. Sözügedən təşkilatla birlikdə dövlət qurumları, kommersiya bankları ilə görüşlər keçirilib. Sorğu və müsahibə təşkil edilib. Nağd ödənişlərə təkan verən makro və mikro amillər müəyyən edilib. 

Dövlət təşkilatlarında informasiya sistemlərinin təkmilləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasında elektron xidmətlərin inkişafının gücləndirilməsi” layihəsinə başlanılıb. Dövlət İT sistemlərinin müasirləşdirilməsi ilə bağlı müvafiq işlər aparılıb, bir sıra layihələr hazırlanıb. 

Ümumi standartlaşdırma sisteminin yaradılması və rəqəmsal reseptin verilməsi tədbirləri üzrə işçi qrup yaradılıb, rəqəmsal resept verilməsinin tətbiqinə dair texniki tapşırıq təklifləri hazırlanıb. 

Problemlərə gəlincə, bir sıra hallarda verilmiş tapşırığın icrası məqsədilə yalnız işçi qrupun yaradılması ilə kifayətlənib. Konkret tədbirlər üzrə fəaliyyət həyata keçirilməyib. Bundan əlavə, prioritet çərçivəsində nəzərdə tutulan tədbirlərin hər biri üzrə verilmiş tapşırıqlar konkret təhlil edilməklə, sistemli yanaşma mövcud deyil. Bu da tədbirlərin icrasında gecikmələrə səbəb ola bilər.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri