12 
Sen
2017
14:41
11
75
1265
Virtual karabakh

Planşetlərə edilən kiberhücumların həcmi 40% yüksəlib

12 Sen, 2017
14:41
1265

Planşetlərə edilən kiberhücumların həcmi 40% yüksəlib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Avast” antivirus istehsalçısının məlumatına görə, 2017-ci ilin ikinci rübündə smartfon və planşetlərə edilən kiberhücumların həcmi 40% yüksəlib.

2017-ci ilin aprel-iyununda mobil qurğu istifadəçilərinə edilmiş haker hücumlarının orta həcmi 1,7 milyonadək artıb. Ötən ilin ikinci rübündə bu göstərici 1,2 milyona bərabər olub.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, “Avast” şirkətinin əməkdaşları 788 müxtəlif virus aşkar ediblər ki, bu da ötən illə müqayisədə 22,2% çoxdur. Şirkət zərərverici proqramların ən geniş yayılmış növlərini açıqlayıb.

2017-ci ilin ikinci rübündə mobil kiberhücumların təxminən 22,8%-i ruterlərin (qurğu üzərində tam nəzarəti ələ keçirmə) köməyi ilə həyata keçirilib.

Sosial mühəndislik mexanizmlərindən istifadə edən proqramların payı 22,8% təşkil edir. Belə ki, qurbanlar aldadılaraq, onların cihazına zərərverici proqramlar qurulur.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri