13 
Sen
2017
11:30
18
69
11288
Virtual karabakh

Yeni "iPhone"lar nə ilə fərqlənir? – VİDEO + FOTO

13 Sen, 2017
11:30
11288

Yeni "iPhone"lar nə ilə fərqlənir? – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən “Apple” şirkəti yeni “iPhone 8”, “iPhone 8 Plus” və “iPhone X” modellərini təqdim edib.

Oxu.Az xarici mətbuata istinadən xəbər verir ki, təqdimatın əsas hadisəsi “iPhone X” ( “X” 10-cu mənasına gəlir) modeli olub. “X” Stiv Cobs tərəfindən ilk “iPhone” smartfonunun təqdimatından 10 il keçdiyi anlamına gəlir.

“iPhone X”də Home düyməsi yoxdur. Smartfon 3D Touch və HDR10 özəlliklərinə sahib 5.8 inç OLED Super Retina ekran və 12 mp-lik ikili optik stabilizasiyaya malik kamera ilə təchiz olunub. 

Bundan başqa, yeni modeldə Touch ID barmaq izi skanı yoxdur. Onun əvəzinə, insan üzünün skanı texnologiyası olan Face ID quraşdırılıb. İnsan üzünün tanınması smartfonun yuxarı hissəsində yerləşən ötürücülər və ön kamera vasitəsilə baş tutur. Şirkətdən bildiriblər ki, bu, ən təhlükəsiz müdafiə üsuludur və smartfonu sındırmaq, demək olar ki, mümkünsüzdür. 

Daha bir yenilik isə Animojii-dir. “iPhone X” ilə insanın mimikalarını təkrarlayan və yazılmış səsi təkrarlayan animasiyalaşdırılmış emojilər yaratmaq və onları iMessage ilə göndərmək mümkündür.

Gözlənildiyi kimi, “iPhone X” naqilsiz şarj funksiyası ilə təchiz olunub. Şirkət  smartfonların, smart saatların və qulaqlıqların şarjı üçün nəzərdə tutulmuş “AirPower” naqilsiz şarj sistemini də təqdim edib.

“iPhone X” 3 noyabrda 64 və 256 GB daxili yaddaş versiyaları ilə satışa çıxacaq. 64 GB-lıq versiya 999$ qiymətinə, 256 GB-lıq versiya isə 1,149$-a satılacaq.

“iPhone X”-dən başqa, “Apple” şirkəti  keçənilki modellərin təkmilləşdirilmiş versiyaları olan “iPhone 8” və “iPhone 8 Plus” modellərini də təqdim edib.

Hər iki model arxa paneli şüşədən olan alüminium korpusa malikdir və həminki 4.7 və 5.5 inç-lik ekranlarla təchiz olunublar. Həmçinin yeni modellər saniyədə 60 kadr sürətlə 4K keyfiyyətdə video çəkən kamera, keçmiş modeldən 70% sürətli olan A11 Bionic prosessor və naqilsiz şarj funksiyası ilə təchiz olunublar.

22 sentyabrdan etibarən 32, 64 və 128 GB daxili yaddaşa sahib “iPhone 8” 699$-dan, 64 və 256 GB daxili yaddaşa sahib “iPhone 8 Plus” isə 799$-dan başlayan qiymətlərlə  satışa çıxarılacaq.

 

E.C.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri