15 
Sen
2017
09:09
135
17
17831
Virtual karabakh

“WhatsApp”dan möhtəşəm yenilik

15 Sen, 2017
09:09
17831

“WhatsApp”dan möhtəşəm yenilik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada 1 milyarddan çox insanın istifadə etdiyi "WhatsApp" mesajlaşma platforması daha bir yeni xüsusiyyəti istifadəyə verir.

Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, "WhatsApp"  səhvən göndərilən mesajların ləğvini təqdim etdikdən sonra indi də mesajın tamamilə silinməsi yeniliyini edir.

"WhatsApp"ın ilk əvvəl tətbiq etdiyi “göndərilən mesajı ləğv etmə” xüsusiyyəti səhvən göndərilmiş mesajın 5 dəqiqə ərzində ləğv edilməsini nəzərdə tuturdu.

Ancaq bu yenilik daha bir addım irəli aparılaraq, istifadəçilərin səhvən göndərdiyi mesajları zaman məhdudiyyəti olmadan silə bilməsini təmin edəcək.

Həmçinin mobil tətbiqlərdən başqa, veb versiyada da işləyəcək bu xüsusiyyət göndərilən mesajların ikitərəfli silinməsinə icazə verəcək.

Bu yenilik artıq “Android” və iOS cihazlarında testdən keçirilməyə başlanıb. Göndərilən ismarışlar qarşı tərəf onu oxuyana kimi silinə biləcək. Bundan sonra isə “bu mesaj silinib” deyə xəbərdarlıq gələcək.

Bundan başqa, artıq göndərdiyiniz mesajların nə zaman oxunduğunu da biləcəksiniz. Məsələn, bir mesaj göndərmisiniz. Lakin qoşa mavi xəttin nə zaman düşdüyünü bilmək istəyirsiniz. Bunun üçün göndərilən mesajın üzərinə basmaqla “məlumat” xanasını seçə və mavi qoşa xəttin nə zaman düşdüyünü öyrənə bilərsiniz.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri