18 
Sen
2017
15:03
13
44
2449
Virtual karabakh

“Slack”ın dəyəri 5,1 milyard dolları keçdi

18 Sen, 2017
15:03
2449

“Slack”ın dəyəri 5,1 milyard dolları keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşgüzar yazışmalar üçün “Slack” messenceri növbəti maliyyələşmə mərhələsində 5,1 milyard dollar dəyərində qiymətləndirilib.

Oxu.Az xəbər verir ki, bu barədə lent.az “Financial Times”a istinadən məlumat yayıb.

Qeyd edilir ki,korporativ çat xidməti bu sahədə ən bahalı startaplardan biri olub.

Son maliyyələşmə zamanı xidmət 250 milyon dollar cəlb edib. İnvestisiyaların böyük hissəsi Yaponiyanın “SoftBank” qrupuna aid “Vision Fund”dan gəlib. Ümumilikdə fəaliyyətdə olduğu dövr ərzində “Slack” 841 milyon dollar cəlb edib ki, bu da onu öz sahəsinin ən bahalı startaplarından birinə çevirib.   

Ötən maliyyələşmə raundu zamanı – apreldə “Slack” 3,8 milyard dollar həcmində dəyərləndirilib. Şirkətin icraçı direktoru Stüart Batterfild xidmətin dəyərinin hər il 100% artdığını bildirib. Ötən həftə şirkət 200 milyon dollar illik gəlir əldə etdiyi barədə hesabat verib.

Qeyd edək ki, “Microsoft” özünün “Teams” messencerini istifadəyə verib. Bu messencer “Slack”a rəqib olacaq.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri