18 
Sen
2017
14:54
33
12
1358
Virtual karabakh

“Facebook Messenger”in aylıq auditoriyası 1,3 milyardı ötdü

18 Sen, 2017
14:54
1358

“Facebook Messenger”in aylıq auditoriyası 1,3 milyardı ötdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Facebook Messenger” mesajlarla mübadilə xidmətinin aylıq auditoriyası 1,3 milyardı ötüb.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, hazırda şirkət “Messenger” servisində funksiyaların artırılması üzərində aktiv işləməyə davam edir. Son yeniliklər arasında videoçatlar üçün yeni filtr və reaksiyalar, “M” virtual köməkçisində daha çox xatırlatmalar, servisin digər ölkələrdə geniş yayılması, yeni oyunlar və “Messenger Lite” versiyasının bütün dünyada yayılmasını qeyd etmək olar.

Proqramçılar mühüm funksiyalara girişi daha sadələşdirmək üçün “gələnlər” qovluğunun formatını dəyişdiriblər.

Qeyd edək ki, “Facebook Messenger” istifadəçilərinin sayı 2016-cı ilin iyulunda 1 milyardı ötmüşdü.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri