18 
Sen
2017
16:43
8
36
1469
Virtual karabakh

Noutbuk istehsalçılarının satış göstəriciləri açıqlandı

18 Sen, 2017
16:43
1469

Noutbuk istehsalçılarının satış göstəriciləri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“DigiTimes” şirkətinin analitikləri iddia edirlər ki, ötən ayın nəticələrinə əsasən, noutbuk istehsalçıları satışın azalması ilə üzləşiblər. 

Oxu.Az lent.az-a istinadən xəbər verir ki,  “Lenovo” şirkətinin satışları 10 faiz azalıb. Şirkət iri mobil kompüter istehsalçılarının siyahısında ikinci yeri tutub. 

“Asus” şirkəti isə satışlarını iyul ayına nisbətdə 30 faiz artıra bilib. Ancaq bu, illik müqayisədə yenə də azalma göstəricilərindən yayınmağa kömək etməyib. 

Bir qədər satışlarının artımına HP və “Dell” şirkətləri nail ola bilib. Birincinin artımı 1 faiz olsa da, ikinci şirkət barədə mənbə heç bir məlumat vermir. Ancaq bildirilir ki, “Dell”in satış artımı, əsasən, sənaye seqmenti ilə bağlıdır. 

Ümumilikdə isə satışların azalması innovasiyaların yoxluğu və noutbukların qiymətinin artması ilə əsaslandırılır. Bu da öz növbəsində yaddaş kartlarının bahalaşması ilə bağlıdır. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri