18 
Sen
2017
17:18
10
100
7108
Virtual karabakh

“iPhone X” smartfonunun maya dəyəri açıqlandı

18 Sen, 2017
17:18
7108

“iPhone X” smartfonunun maya dəyəri açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Apple” korporasiyasının yubiley “iPhone X” smartfonunun maya dəyərinin qiyməti 412 dolları keçmir. 

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislər istehsalçıların ümumi xərclərini hesablayıb, Çinin “iChunt” portalında açıqlayıblar. 

Mütəxəssislər “iPhone X”-in yaradılmasında istifadə edilən bütün detalların qiymətlərini hesablayıblar və müəyyən ediblər ki, burada ən bahalı detal “Samsung” şirkətinin istehsal etdiyi OLED displeydir. Onun qiyməti isə cəmi 80 dollar təşkil edir. 

Daha sonra 256 GB “Toshiba NAND” markalı yaddaş kartı gəlir ki, onun da qiyməti 45 dollardır. Burada həmçinin “Apple A11” çipseti, TSMC-dən olan “Bionic” istifadə edilib ki, onun qiyməti 26 dollar, “Face İD” üçün üçölçülü sensorun qiyməti isə 25 dollardır. 

Bundan başqa, 3 GB əməliyyat yaddaşının qiyməti 24 dollar, 18 dollarlıq “Qualcomm” şirkətinin modemi də daxildir. Ümumi qiymətə logistika, reklam, tərtibat, əməkdaşların əmək haqlarının xərcləri daxil deyil. 

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri