19 
Sen
2017
12:57
9
62
1589
Virtual karabakh

Milyonlarla proqram istifadəçisinin məlumatları ələ keçdi

19 Sen, 2017
12:57
1589

Milyonlarla proqram istifadəçisinin məlumatları ələ keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Naməlum hakerlər 130 milyon nəfər “Windows” istifadəçisi tərəfindən istifadə edilən populyar “CCleaner” proqramına hücum təşkil ediblər. 

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, hakerlər ziyanverici kodu avqustun 15-də və 24-də müvafiq olaraq istehsal edilmiş “CCleaner 5.33.6162”, həmçinin “CCleaner Cloud 1.07.3191” versiyalarına yükləyə biliblər.

Onların istifadəyə verilməsindən sonra məlum olub ki, əlavə ABŞ-da yerləşən serverə kompüter istifadəçiləri haqqında məlumatları ötürür. 

Virusa yoluxmuş “CCleaner” versiyalarının ötürdükləri məlumatlar arasında kompüterin adı və İP ünvanları, həmçinin kompüterə yüklənmiş əlavələrin siyahısı da mövcuddur. Hazırda ABŞ hökumətinin göstərişi ilə bu server söndürülüb.

“Pirinform” şirkətində isə hesab edirlər ki, virusa yoluxmuş versiyanı “CCleaner” istifadəçilərinin 3 faizi öz kompüterlərinə yükləyə bilər. Bu isə təxminən 2,3 milyon nəfərə bərabərdir. 

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri