19 
Sen
2017
17:42
11
82
2050
Virtual karabakh

Milyonlarla smartfon təklükədə -“Google Play”də virus

19 Sen, 2017
17:42
2050

Milyonlarla smartfon təklükədə -“Google Play”də virus

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Check Point” şirkətinin araşdırmaçıları müəyyən ediblər ki, “Google Play” vasitəsilə 50-yə yaxın virusa yoluxmuş əlavə yayılmaqdadır. 

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, “ExpensiveWall” adlanan virus “Google Play”dəki əlavələrlə birgə 4,2 milyon dəfə yüklənib.

Bu virus antivirus proqram təminatı tərəfindən tanınmır. Çünki sıxılmağı və şifrələnməyi bacarır. Ziyanverici virusa yoluxmuş əlavələr istifadəçilərin SMS məlumatlarına çıxışa malikdirlər. Bu səbəbdən onlar ödənişli xidmətlərə qeyd ola bilirlər. 

Xatırladaq ki, “ExpensiveWall” virusu ilə yoluxmuş əlavələr hələ ötən ay “Google Play”dən siliniblər. Ancaq bir müddət keçdikdən sonra yenidən onlayn mağazada peyda olublar.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri