20 
Sen
2017
15:00
11
57
2584
Virtual karabakh

“Gmail” ünvan və telefon nömrələrini linkə çevirəcək

20 Sen, 2017
15:00
2584

“Gmail” ünvan və telefon nömrələrini linkə çevirəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Google” şirkəti “Gmail” və “Inbox by Gmail” poçt xidmətləri üçün çoxdan gözlənən faydalı funksiyanı istifadəyə verib. İndi sözügedən xidmətlərin veb versiyaları, həmçinin “Android” və “iOS” mobil əməliyyat sistemləri üçün “Gmail” və “Inbox by Gmail” proqramları telefon nömrəsi, adi ünvan və ya elektron poçt ünvanını linklərə çevirəcək.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, ünvanı göstərən linkin üzərinə sıxan istifadəçi “Google Maps”ə daxil olacaq, telefon nömrəsindən ibarət link telefon proqramında, elektron poçt ünvanından ibarət link isə  poçt proqramında açılacaq.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri