21 
Sen
2017
15:50
13
132
6550
Virtual karabakh

"iPhone X"-in baha olmasının səbəbi açıqlandı

21 Sen, 2017
15:50
6550

"iPhone X"-in baha olmasının səbəbi açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

"Apple" korporasiyasının rəhbəri Tim Kuk "iPhone X" smartfonunun qiymətinin 1000 dollar olmasını məqbul hesab edir. 

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə o, ABC telekanalındakı teleşouda bildirib. 

“Bu, sizin əldə etdiyiniz texnologiya üçün məqbul qiymətdir”, - deyə Kuk qeyd edib. O deyib ki, bir çoxları telefonun dəyərini dərhal ödəmirlər və tədricən ödəniş edirlər. Bundan başqa, bir çox alıcılar öncədən istifadə etdikləri smartfonu satır, satıcılar isə onlara endirimlər edirlər.

Kuk “iPhone X”-dəki “Face İD” təhlükəsizliyindən də danışıb. O bildirib ki, bütün məlumatlar ancaq cihazın özündə saxlanılır və “Touch İD”-də olduğu kimi heç yerə yüklənmir. 

Qeyd edək ki, “iPhone X” smartfonu Rusiya və digər ölkələrdə noyabrın 3-də satışa çıxarılacaq. Oktyabrın 27-dən isə bu smartfona sifarişlərin qəbuluna başlanılacaq. Onun qiyməti 79 990 rubl və ya 2 333 manatdan başlayacaq.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri