21 
Sen
2017
18:00
24
86
4544
Virtual karabakh

“Apple” öz brauzerinin yeni versiyasını təqdim edib

21 Sen, 2017
18:00
4544

“Apple” öz brauzerinin yeni versiyasını təqdim edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlumatın toplanılmasına qarşı intellektual mühafizə sisteminə malik “Safari 11” brauzeri artıq “macOS Sierra” və “OS X El Capitan” sistemləri üçün əlçatandır.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki,“Apple” öz brauzerinin yeni versiyasında aşağıdakı funksiyaları istifadəyə verib:

· Videonun avtomatik göstərilməsinin avtomatik blok edilməsi.
· Üçüncü şəxslər tərəfindən məlumatın toplanılmasına qarşı müdafiə sistemi.
· Ayrı-ayrı saytların göstərilməsi ilə bağlı qabaqcıl sazlama.

İndi miqyaslama səviyyəsini seçmək, oxuma rejimini işə salmaq və hər bir sayt üçün lazımi məhdudiyyətlər təyin etmək olar. Brauzerin işləmə sürəti artıb, HTML5 məzmun üçün yeni idarəetmə elementləri istifadəyə verilib.

Yeniləmə “Mac App Store”də bütün istifadəçilər üçün əlçatandır.

“MacOS High Sierra” əməliyyat sistemi 25 sentyabr tarixində çıxarılacaq. “Safari 11” brauzeri yeni sistemdə əsas brauzer olacaq.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri