21 
Sen
2017
19:00
87
20
2605
Virtual karabakh

“Google” eksperimental şəhər tikəcək - VİDEO

21 Sen, 2017
19:00
2605

“Google” eksperimental şəhər tikəcək - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Google” korporasiyası şəhər mühitində yüksək texnologiyalı unikal innovativ yaşayış məntəqəsinin inşası ilə məşğul olacaq “Sidewalk Labs” şirkətini təsis edib.

Oxu.Az ICTnews-a istinadən xəbər verir ki, 2001-2008-ci illərdə Nyu-York merinin iqtisadi inkişaf üzrə müavini işləyən şirkət rəhbəri Deniel Doktoroff hazırda ABŞ-ın bir sıra şəhərləri üçün müxtəlif media platformalarının yaradılması üzrə layihələrə rəhbərlik edir.

Məlumata görə, eksperimental yaşayış məntəqəsində “Sidewalk Labs” şəhər mühiti sahəsində əhalinin yaşayış keyfiyyətini artırmaqla ekoloji şəraiti yaxşılaşdırmağa imkan verən yüksək texnologiyalı innovasiyalardan istifadəni planlaşdırır. Texnologiyalar təkcə nəqliyyat və infrastrukturu deyil, sosial sahə və idarəetmə sistemini əhatə edəcək.

Bildirilir ki, əvvəlcə şirkət poliqonda olduğu kimi, bütün texnoloji həllərin sınaqdan keçirildiyi kiçik ərazinin inşasını nəzərdə tutur. D. Doktoroffun sözlərinə görə, ərazi sonradan kompleks innovasiya laboratoriyasına çevriləcək bütöv şəhər olacaq. Unikal şəhərin harada inşa ediləcəyi barədə məlumat verilmir.

L.Ə.

www.oxu.az 

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri