23 
Sen
2017
10:00
63
16
2815
Virtual karabakh

“Samsung UHD TV Curved” – sönülü halda belə incəsənət əsəridir

23 Sen, 2017
10:00
2815

“Samsung UHD TV Curved” – sönülü halda belə incəsənət əsəridir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün bizi əhatə edən hər bir detala diqqət yetiririk. Bu baxımdan, ev texnikası adi bir əşya deyil, interyerimizin bir hissəsidir. Eyni rəngli məişət texnikası alır, onları mebelimizin rəngi ilə tutuşdururuq. Bunu nəzərə alaraq, "Samsung" hər bir məkanın qeyri-adi bəzək elementi olan "Curved UHD TV"-ni təqdim edir. Bu incə və zərif  “qövsvari” televizor özündə texnoloji yenilikləri  və incə formanı birləşdirir. Hətta sönülü halda belə "Curved UHD TV" art obyektidir. Nazik metal çərçivə “qövsvari” ekranı haşiyəyə alaraq, bizə premiallıq hissi bəxş edir. Televizorun dayağında da bu metaldan istifadə olunub. Nəcib qara ekranın və gümüşü altlığın rəng təzadı sayəsində "Curved UHD TV" sanki havada süzür. Metalın nahamar səthi isə hər toxunuşda bizi hər yerdə əhatə edən plastikdən çox fərqli olan əsl faktura hissini bəxş edir. “Qövsvari” UHD-televizor insan gözünün “dairəvi” formasına bənzər layihələndirilib. Lakin bu adi bənzərlik deyil, bu, əsaslı tədqiqləri özündə birləşdirən araşdırmadır.

“Qövsvari” ekran "4200R" radiusa malikdir,  bu ölçü periferik görmə qabiliyyətini aktivləşdirərək, ekranda baş verənlərin ahənginə daha dərin dalmağa imkan yaradır.  Təsvirin bütövlüyünü dəstəkləyən Dynamic Crystal Color və Active Crystal Color  texnologiyaları sayəsində görüntünün rəng palitrası genişlənir və ekranınızda olan kontent daha da canlı görünür. Görüntünün dərinlik hissini xeyli artıran (təsvirə həcm verən) Auto Depth Enhancer texnologiyasının köməyi ilə isə sizə, sadəcə, həyəcan dolu seyrdən  həzz almaq qalır. "Design 360" - "Samsung"un dizayn fəlsəfəsidir. Burada yüksək texnoloji komponentlər və funksiyalar sadə, adi və premial estetika ilə birləşir. Beləliklə, "Samsung UHD TV" həmçinin qəbul olunan siqnalın keyfiyyətini yaxşılaşdıran funksiya ilə təchiz olununmuş innovativ smart televizordur. Kontentin keyfiyyətindən asılı olmayaraq, siz daim UHD formatına maksimal dərəcədə yaxın olan təsvir əldə edəcəksiniz.

Əvvəllər televizorların arxa paneli üzərində təyinatı çox zaman sirr olaraq qalan “yuva” və kabəllər yerləşdirilirdi. Lakin “qövsvari” televizor  bütün kabelləri özündə birləşdirən  "One-Connect" qoşulması ilə təchiz olunub. Bunu hesaba alaraq demək olar ki, "Curved UHD TV"-nin arxa panel quruluşu da çox sadə və zərif təəssürat yaradır. Smart TV-nin simsiz internet qoşulmasını dəstəkləməsi sonsuz sayda veb kontentdən yararlanmağa imkan yaradır. Multimedia mərkəzi olan "Samsung UHD TV" ilə sevdiyiniz film və serialları birbaşa öz televizorunuzda onlayn izləyin.

"Samsung Curved UHD" televizorları haqqında əlavə məlumatı: Baku Electronics, Kontakt Home, Maxi.az, Music Galery, Optimal və Soliton mağazalar şəbəkəsindən əldə etmək olar. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri