22 
Sen
2017
19:00
273
28
1693
Virtual karabakh

“Apple” və “Facebook” Meksika zəlzələsindən zərər çəkənlərə bir milyon dollar ayırdı

22 Sen, 2017
19:00
1693

“Apple” və “Facebook” Meksika zəlzələsindən zərər çəkənlərə bir milyon dollar ayırdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ baş verib ki, nəticədə 40-a yaxın bina uçub və 230 nəfərdən çox insan ölüb.

Oxu.Az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, “Apple” şirkəti Meksika hökumətinin hesabına 1 milyon dollar keçirdiyini bildirib. Bu pullar dağıntıların aradan qaldırılmasına və zəlzələdən zərərçəkənlərə xərclənəcək.

Bundan əvvəl isə “Apple” şirkəti “Harvi” və “İrma” qasırğasından zərər çəkənlərə 8 milyon dollardan çox vəsait ayırıb.

Analoji olaraq Meksika sakinlərinə “Facebook” şirkəti də 1 milyon dollar həcmində maliyyə yardımı göstərib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri