29 
Sen
2017
16:23
66
33
2370
Virtual karabakh

Pulsuz "Wi-Fi" xidmətindən istifadə edənlərin sayı bəlli oldu - Rəsmi

29 Sen, 2017
16:23
2370

Pulsuz "Wi-Fi" xidmətindən istifadə edənlərin sayı bəlli oldu - Rəsmi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə “Bakı Telefon Rabitəsi” MMC (“Baktelekom”) tərəfindən həyata keçirilən “İctimai İnternet” layihəsi çərçivəsində “Pulsuz Wi-Fi” xidmətindən istifadə edənlərin sayı 1 mln.-u ötüb.

Oxu.Az nazirliyə istinadən xəbər verir ki, ötən həftədən “Baktelekom” tərəfindən elan edilən “Milyonuncu ol, noutbuku sən apar” kampaniyasının qalibi də müəyyənləşib. Noutbukun sahibi Orxan Cabbarov olub.

Qeyd edək ki, 1 ay öncə “Baktelekom” tərəfindən istifadəçi artımını stimullaşdırmaq məqsədi ilə “Pulsuz "wi-fi” xidmətinin 500 mininci istifadəçisi mobil telefonla mükafatlandırılıb. 

Məlumat üçün bildirək ki, bu həftə pulsuz “wi-fi” zonalarının sırasına  daha biri əlavə edildi. Artıq “Port Baku Residence” və “Port Baku Mall” arasında yerləşən parkı (“Fashion Avenue”) ziyarət edənlər də ictimai şəbəkədən faydalana bilirlər.

Yaxın zamanda Dədə Qorqud və Nərimanov parkı da “Pulsuz "wi-fi” xidmətinin əhatə dairəsinə daxil ediləcək. 

Dövlət Bayrağı Meydanı da daxil olmaqla, Dənizkənarı Milli Parkı, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisini, Heydər Əliyev Mərkəzinin parkını, Sahil, Sabir, Xaqani, Axundov, Hüseyn Cavid, Səməd Vurğun, Muğan bağlarını, Qış və Zabitlər parklarını ziyarət edənlər “Pulsuz "wi-fi” xidmətindən yararlana bilərlər. 

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri