Okt
2017
13:12
19
74
8031
Virtual karabakh

XDMX-dan – XƏBƏRDARLIQ

2 Okt, 2017
13:12
8031

XDMX-dan – XƏBƏRDARLIQ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“SfyLabs” şirkətinin mütəxəssisləri son aylarda internetdə reklam edilməyə başlayan və cəmi 500 dollara icarəyə verilən yeni bank troyanı “Red Alert 2.0”-nin aşkarlanması barədə danışıblar. 

Oxu.Az xəbər verir ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən "Ölkə.Az"a verilən məlumata görə, tədqiqatçılar ilk dəfə virusun reklamına ötən yay çox dinlənilən rusdilli forumda diqqət yetirildiyini yazırlar.

 “SfyLabs” tədqiqatçılarının məlumatına görə, “Red Alert 2.0” “Google Play”ə qədər gəlib çatmayıb və kənar kataloq tətbiqetmələrin vasitəsilə yayılır. “Troyan” “Flash Player”,  “Google Market”, hətta “Android” sistemli yeniliklərin adı altında, həmçinin “Whatsapp” və “Viber” rəsmi versiyası adı altında  maskalanır. İlk baxışdan banker digər buna bənzər təhlükələrdən az fərqlənir. İstifadəçi bank və ya sosial şəbəkə üçün tətbiqetməyə müraciət etməyənə qədər troyan fəaliyyətsiz qalır. Bundan sonra virus saxta xəta nümayiş etdirir və qurbanın uçot məlumatlarını təkrarən qeyd etməyə məcbur edir. Beləliklə, toplanan məlumatlar cinayətkarların əsas idarəedici serverinə ötürülür.

Bankerin daha bir maraqlı xüsusiyyəti də odur ki, iş qabiliyyətini itirməsindən qaçmaq üçün o “Twitter”ə ümid edir. Belə ki, əgər idarəedici server hansısa səbəbdən bloklaşdırılsa və yaxud ünvanı dəyişdirilsə, zərərli qurğu yeni ünvan əldə etmək üçün “Twitter” hesabına müraciət edir.

“Sfylabs” mütəxəssisləri hesab edirlər ki, “Red Alert 2.0” - bu cür funksionallı ilk mobil bankerdir. Adətən belə üsulları həqiqətən “Windows” troyanı istifadə etsə də, “Android” üçün təhlükəli olmur. Sərt kodlaşdırılmış C&C serverinə müraciət zamanı xəta yarandığı təqdirdə, troyan yeni MD5 xeşinin yaradılması üçün hazırkı tarix və “strings.xml”  faylından salt-dan ibarət kombinasiyasını istifadə edir. Xeşin ilk 16 simvolu “Twitter”də nikneymdir (məsələn, d8585cf920cb893a və 9/18/2017)  və idarəedici server yeni ünvanı almaq üçün bot bu səhifəni pars edir.

Tədqiqatçıların məlumatına görə, hazırda banker 6.0 versiyasına qədər “Android” üzərində işləyir, onun müəllifi isə troyanı daim təkmilləşdirir.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri