Okt
2017
15:56
6
54
1500
Virtual karabakh

“Facebook”dan ABŞ-dakı seçkilərlə bağlı yeni AÇIQLAMA

3 Okt, 2017
15:56
1500

“Facebook”dan ABŞ-dakı seçkilərlə bağlı yeni AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-dakı seçkilərlə bağlı “Facebook”da yerləşdirilmiş Rusiya mənşəli siyasi reklamlara 10 milyona yaxın istifadəçi baxıb.

Oxu.Az lent.az-a istinadən xəbər verir ki, bunu “Facebook”un siyasət və kommunikasiyalar üzrə vitse-prezidenti Elliot Şraqe deyib. “Elan və reklamların böyük hissəsi geniş ideoloji spektrin siyasi və sosial aspektlərinə - seksual azlıqlar mövzusundan irqi və immiqrasiya məsələlərinə, silah gəzdirmə hüququna qədər – həsr olunub”, - deyə E. Şraqe bildirib.

İstifadəçilər Rusiya mənşəli reklamların 44%-ni ABŞ-dakı prezident seçkilərindən əvvəl, 56%-ni isə seçkidən sonra görüblər.

Xatırladaq ki, Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini araşdıran Senatın Kəşfiyyat komitəsi “Facebook”, “Twitter” və “Alphabet” rəhbərlərini bu mövzuda keçiriləcək ictimai dinləmələrə dəvət edib. Dinləmələr bu aya planlaşdırılıb. Senatorlar Rusiyanın seçkilərə müdaxilə və ABŞ toplumuna nifaq salmaq üçün online alətlərdən necə faydalandığını öyrənmək istəyirlər.

L.Ə.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri